Fəaliyyətimiz

16.12.2011

Bakı şəhərində Gənclər üçün Peşəyönümü Xidmətləri Mərkəzi fəaliyyət başlamışdır

       Azərbaycan Dövləti tərəfindən Dünya Bankının dəstəyi ilə həyata keçirilən Sosial Müdafiənin İnkişafı Layihəsinin “Əmək bazarının təkmilləşdirilməsi” komponenti çərçivəsində Gənclər üçün Peşəyönümü Xidmətləri Mərkəzinin yaradılması istiqamətində işlər tamamlanmışdır.
       Bunun nəticəsi olaraq Bakı şəhərində pilot Peşəyönümü Mərkəzi fəaliyyətə başlamış, müxtəlif peşələr üzrə standartlar hazırlanmışdır.
       Eyni zamanda yaxın gələcəkdə Peşəyönümü Mərkəzinin artıq təqdimatı keçirilmiş müstəqil internet səhifəsi kütləvi istifadəyə veriləcəkdir. Bununla əlaqədar 9 dekabr 2011-ci il tarixdə yenidən təqdimat aparılmış, komponent üzrə əldə olunmuş nəticələr yüksək qiymətləndirilmiş və gələcəyə yönəlmiş tədbirlər hazırlanmışdır.