Fəaliyyətimiz

21.09.2015

17-18 sentyabr 2015-ci il tarixində Astara, Salyan, Ağcabədi və Lənkəran rayonlarında “Əmək Yarmarkaları” təşkil edilmişdir.

17 sentyabr 2015-ci il tarixində Astara rayonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti Orqanları tərəfindən “Əmək Yarmarkası” keçirilmişdir.

Tədbirdə 23 müəssisə iştirak etmişdir ki, onlardan 15-i dövlət, 8-i qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 198 boş iş yerinin 129-u dövlət, 69-u isə özəl sektora aid olan işlər olmuşdur. Tədbir zamanı 49 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.

Salyan rayonunda keçirilən tədbirdə  32 müəssisə iştirak etmişdir ki, onlardan 24-ü dövlət, 8-i qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 354 boş iş yerinin 315-i dövlət, 39-u isə özəl sektora aid olan işlər olmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 107 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmiş, 9 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınmışdır.

Ağcabədi rayonunda keçirilən tədbirdə isə 19 müəssisə iştirak etmişdir ki, onlardan 11-i dövlət, 8-i qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 252 boş iş yerinin 190-ı dövlət, 62-si isə özəl sektora aid olan işlər olmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 175 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.

18 sentyabr 2015-ci il tarixində isə Lənkəran rayonunda keçirilən tədbirdə  19 müəssisə iştirak etmişdir ki, onlardan 15-i dövlət, 4-ü qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 269 boş iş yerinin 219-u dövlət, 50-si isə özəl sektora aid olan işlər olmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 102 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmiş, 30 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınmışdır.