Fəaliyyətimiz

30.09.2015

30 sentyabr 2015-ci il tarixində Şəmkir, Tərtər və Ucar rayonlarında “Əmək Yarmarkaları” təşkil edilmişdir.

 30 sentyabr 2015-ci il tarixində Şəmkir rayonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti Orqanları tərəfindən “Əmək Yarmarkası” keçirilmişdi.

Tədbirdə 24 müəssisə iştirak etmişdir ki, onlardan 14-ü dövlət, 10-u qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 310 boş iş yerinin 254-ü dövlət, 56-sı isə özəl sektora aid olan işlər olmuşdur. Tədbir zamanı 96 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.

Tərtər rayonunda keçirilən tədbirdə  17 müəssisə iştirak etmişdir ki, onlardan 11-i dövlət, 6-sı qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 228 boş iş yerinin 193-ü dövlət, 35-i isə özəl sektora aid olan işlər olmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 52 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.

Ucar rayonunda keçirilən tədbirdə isə 21 müəssisə iştirak etmişdir ki, onlardan 17-si dövlət, 4-ü qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 293 boş iş yerinin 241-i dövlət, 52-si isə özəl sektora aid olan işlər olmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 53 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.