Fəaliyyətimiz

22.09.2015

22-23 sentyabr 2015-ci il tarixində Zərdab və Qəbələ rayonlarında “Əmək Yarmarkaları” təşkil edilmişdir.

22 sentyabr 2015-ci il tarixində Zərdab rayonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti Orqanları tərəfindən “Əmək Yarmarkası” keçirilmişdir.

Tədbirdə 48 müəssisə tərəfindən 194 boş iş yeri təklif olmuşdur. Tədbir zamanı 48 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.

23 sentyabr 2015-ci il tarixində isə Qəbələ rayonunda keçirilən tədbirdə  41 müəssisə iştirak etmişdir ki, onlardan 35-i dövlət, 6-sı qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 219 boş iş yerinin 120-si dövlət, 99-u isə özəl sektora aid olan işlər olmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 100 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.