Fəaliyyətimiz

16.10.2015

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən “Düzgün peşə seçək” mövzusunda tədbir kecirildi.

  Qaradağ  rayon  Məşğulluq  Mərkəzi  14-16 oktyabr 2015-ci  il   tarixində,  rayon ərazisində yerləşən orta  məktəblərdə  “ Düzgün peşə seçək ” mövzusunda tədbir kecirmişdir.Tədbirdə  rayon Məşğulluq Mərkəzinin   mütəxəssisləri iştirak edərək, gənclərə müəyyən məsləhətlər vermişlər.  Onlar gənclərin  qarşısında duran  vacib amillərdən biri olan  düzgün peşə və ixtisas secimləri,  bu işdə daha məsuliyyətli,  dəqiq olmalarını  tövsiyyə   edərək  şagirdlərin fikrini dinləmiş və məsləhət vermişlər.

 Bundan əlavə rayonun iqtisadi durumu, fəaliyyət göstərən idarə və müəssisələrdə nəzərdə tutulmuş vakant iş yerləri, bu iş yerlərinə peşəkar kadr hazırlığı haqqında şagirdlər  məlumatlandırılmışdır . 

 Bundan sonra məkrəz tərəfindən təşkil edilmış peşə kursları  haqqında geniş məlumat verilərək açılması nəzərdə tutulmuş  peşələr haqqında  danışıldı. Məktəblilərə “Peşəyönümü ” ilə bağlı tərtib edilmiş  əyani vəsaitlər, bukletlər təqdim edilərək müəyyən məlumatlar verildi.