Fəaliyyətimiz

16.10.2015

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti “üzv dövlətlərin əməkdaşlığı” mövzusunda keçirilən regional konfransında iştirak etmişdir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndə heyəti 13-16 oktyabr tarixlərində Rusiya Fedederasiyasının Soçi şəhərində Beynəlxalq Əmək Təşkilatının “MDB ölkələrində  gənclərin məşğulluğu sahəsində tərəfdaşlıq” layihəsi çərçivəsində “üzv dövlətlərin əməkdaşlığı” mövzusunda keçirilən regional konfransında iştirak etmişdir. Konfransda layihə çərçivəsində region dövlətlərində gənclərin məşğulluğu sahəsində həyata keçirilən tədbirlər, proqramlar təqdim olunmuş, qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi barədə müzakirələr aparılmışdır.