Fəaliyyətimiz

10.11.2015

06 noyabr 2015-ci il tarixində Mingəçevir şəhərində “Əmək Yarmarkası” təşkil edilmişdir

 

        İşaxtaran və işsiz vətandaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti Orqanları tərəfindən bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir.

        Belə ki, 06 noyabr 2015-ci il tarixində Mingəçevir şəhərində “Əmək Yarmarkası”  təşkil olunmuşdur. Tədbirdə 31 müəssisə iştirak etmişdir ki, onlardan 21-i dövlət, 10-u qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 147 boş iş yerinin 65-i dövlət, 82-si isə özəl sektora aid olan işlər olmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 44 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.

        Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 55 rayon və şəhərdə Əmək Yarmarkaları keçirilib. Bu aktiv tədbirlər zamanı 4163 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmiş, onlardan 3710 nəfəri işlə təmin olunmuşdur.