Fəaliyyətimiz

12.11.2015

Sumqayıt şəhərində sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. ( Video )

        10 noyabr 2015-ci il tarixində “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti, Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi, Şəhər Həmkarlar İttifaqı komitəsi, Qeyri hökümət təşkilatlarının və 34  işəgötürən müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər.

         Ölkəmizdə sosial-iqtisadi sahələrdə əldə edilən yüksək iqtisadi inkişaf, ölkənin mövcud potensialından, ehtiyat mənbələrindən o cümlədən sosial-iqtisadi inkişaf proseslərində mühüm əhəmiyyət kəsb edən əmək ehtiyatlarından səmərəli istifadənin zəruriliyi qeyd olunmuşdur. Bunun nəticəsi olaraq, iqtisadi cəhətdən güclü və yüksək sosial standartlara malik cəmiyyətin qurulması əsas məqsəd kimi qarşıya qoyulmuşdur.

         Tədbir iştirakçıları işaxtaran vətəndaşların problemlərindən danışmış və işəgötürənlərin vətəndaşlara münasibətləri barədə fikir mübadiləsi aparmışlar. Eləcə də, vətəndaşların işlə təmin olunması baxımından qarşıda duran vəzifələr və problemlər haqqında geniş məlumat verilmiş, onlarla fərdi iş aparmaq, işaxtaran vətəndaşlara xüsusi diqqət və qayğı göstərməyin vacibliyi vurğulanmışdır. Güzəştli (kvota) iş yerlərinin müəyyən edilməsi və müəssisə, təşkilat rəhbəri ilə razılaşdırılması, əlil vətəndaşların işə qəbulunda yaranan problemlər tədbir iştirakçılarının nəzərinə çatdırmışdır, bu sahədə mövcud çətinliklərin aradan qaldırılması haqqında geniş fikir mübadiləsi aparılmışdır.