Fəaliyyətimiz

12.11.2015

06 noyabr 2015-ci il tarixində Xəzər rayonunda “Əmək Yarmarkası” təşkil edilmişdir.

İşaxtaran və işsiz vətandaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti Orqanları tərəfindən bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir.

        Belə ki, 06 noyabr 2015-ci il tarixində Xəzər rayonunda “Əmək Yarmarkası” təşkil olunmuşdr. Tədbirdə 35 müəssisə iştirak etmişdir ki, onlardan 8-i dövlət, 27-si qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 73 boş iş yerinin 17-si dövlət, 56-sı isə özəl sektora aid olan işlər olmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 27 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.

        Dövlət Məşğulluq Xidməti tərəfindən cari ilin ötən dövründə 55 rayon və şəhərdə Əmək Yarmarkaları keçirilib. Bu aktiv tədbirlər zamanı 4163 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmiş, onlardan 3710 nəfəri işlə təmin olunmuşdur.

        Yarmarkanın açılışında rayon İcra Hakimiyyətinin məsul işçiləri və Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli iştirak etmiş və tədbirin təşkilati vəziyyəti, təqdim olunan boş iş yeləri ilə tanış olmuşlar.