Fəaliyyətimiz

13.11.2015

Sosial tərəfdaşların iştirakı ilə Abşeron və Xızı rayonlarında dəyirmi masalar təşkil edilmişdir.

         10 və 11 noyabr 2015-ci il tarixlərində tarixdə Abşeron və Xızı rayonlarında “Azərbaycan Respublikasında müasir mərhələdə Dövlət Məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin, əlaqələndirmə komitələrinin, Həmkərlar İttifaqı təşkilatlarının, idarə və  müəssisələrinin nümayəndələri də iştirak etmişlər.

          Tədbirdə dövlət məşğulluq siyasətinin həyata keçirilməsində işəgötürənlərin rolu, əmək bazarında vəziyyət, məşğulluğun təmin olunması sahəsində müvafiq məlumat və hesabatların müəyyən olunmuş müddətlərdə Məşğulluq Mərkəzinə təqdim olunması, işaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunması istiqamətində həyata keçirilən məşğulluq tədbirləri, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota yerlərinin müəyyən olunması və onların işlə təmin edilməsi, işəgötürənlərlə qarşılıqlı əməkdaşlıq, digər məşğulluq tədbirləri barədə ətraflı müzakirələr aparılmış və işəgötürənlər məşğulluqla bağlı qəbul olunmuş normativ-hüquqi sənədlərlə tanış edilmişlər.