Fəaliyyətimiz

13.11.2015

Şəmkir, Tovuz və Gədəbəy rayonlarında sosial tərəfdaşların iştirakı ilə dəyirmi masalar təşkil edilmişdir.

 

      11 noyabr 2015-ci il tarixində “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməldə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda sosial tərəfdaşlarla birgə dəyirmi masalar təşkil olunmuşdur.

    Tədbirlərdə idarə, müəssisə və təşkilatlarda iş yerlərinə kvotanın müəyyən olunması şərtləri barədə geniş məlumat verilərək kvotanın əhalinin hansı kateqoriyasına aid edilməsi, işaxtaran əlil vətəndaşların  problemləri və işəgötürənlərin əlil vətəndaşlara münasibətləri barədə fikir mübadiləsi aparılmış, əlil vətəndaşların işə qəbulunda yaranan problemlər, habelə kvota yerlərinə göndərilən vətəndaşların işə qəbul edilməməsinə görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələrin tətbiq edilməsi qaydaları geniş müzakirə olunmuşdur.

    Eyni zamanda əlil vətəndaşların işlə təmin olunması baxımından qarşıda duran vəzifələrin həyata keçirilməsinin və işaxtaran əlil vətəndaşlara xüsusi diqqət, qayğı göstərilməsinin vacibliyini vurğulanmışdır.