Fəaliyyətimiz

13.11.2015

11 və 12 noyabr 2015-ci il tarixlərində Quba, Qusar, Xaçmaz rayonlarında sosial tərəfdaşlarla dəyirmi masa keçirilmişdir. ( Video )

11 və 12 noyabr 2015-ci il tarixlərində Quba, Qusar, Xaçmaz rayonlarında sosial tərəfdaşlarla “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda dəyirmi masalar keçirilmişdir.

       Masa iştirakçıları rayonda əmək bazarının hazırkı vəziyyəti, bu sahədə mövcud problemlər və onların aradan qaldırılması yolları, bu işdə sosial tərəfdaşların rolu, sosial müdafiəyə xüsusi ehtiyacı olan vətəndaşların işə düzəlmək qaydaları ətraflı müzakirə olunmuşdur. Bununla yanaşı müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə mövcud olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi məsələsi də gündəmdə öz yerini tapmışdır. Müəssisə rəhbərlərinə yaranan boş (vakant) iş yerləri haqqında statistik hesabatları vaxtında Məşğulluq Mərkəzlərinə təqdim etmələri tövsiyə olunmuşdur.