Fəaliyyətimiz

13.11.2015

Naftalan rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. ( Video )

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməldə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı”mövzusunda Naftalan rayon Məşğulluq Mərkəzi tərəfindən 12 noyabr 2015-ci il tarixində sosial tərəfdaşlarla dəyirmi masa tədbiri keçirilmişdir.

        Tədbirdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin ediməsi sahəsində işəgötürənlərin iştirakı ətraflı müzakirə olunmuşdur. Kvota təyin olunmuş müəssisələrdə əhalinin aztəminatlı təbəqəsinin işlə təmin olunmasına dair təqdim olunmuş statistik hesabatların vaxtında və düzgün işlənib verilməsi, kvota təyin olunan idarə, müəssisə və təşkilatlarda kvota yerlərinin sayı, kvota yerlərinə əhalinin hansı kateqoriyadan olan təbəqələrinin şamil olunması barədə işəgötürənlərə ətraflı məlumatlar verildi