Fəaliyyətimiz

17.11.2015

Tərtər rayon Məşğulluq Mərkəzi tərəfindən dəyirmi masa təşkil olunmuşdur. ( Video )

  Tərtər rayon  Məşğulluq Mərkəzi tərəfindən 13.11.2015-ci il tarixdə  “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi Qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa təşkil edilmişdir.

      Tədbirdə  sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota yerlərinin müəyyən olunması və onların işlə təmin edilməsi, işəgötürənlərin üzərinə düşən vəzifələr, qarşılıqlı əməkdaşlıq barədə ətraflı müzakirələr aparılmış və işəgötürənlər məşğulluqla bağlı qəbul olunmuş normativ-hüquqi sənədlərlə tanış edilmişlər. Dəyirmi masada bir çox suallar ətraflı müzakirə olunub və cavablandırılmışdır.