Fəaliyyətimiz

18.11.2015

Turizm və Menecment Universitetində 17 Noyabr 2015-ci il tarixində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib. ( Video )

       Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti Orqanları tərəfindən Turizm və Menecment Universitetində 17 noyabr 2015-ci il tarixində “Karyerada ilk addım” devizi altında tələbə və məzunlar üçün “Əmək Yarmarkası” tədbiri keçirilib.

    Aktiv məşğulluq tədbirində 59 müəssisə iştirak etmişdir ki, onlardan 4-ü dövlət, 55-i qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 262 boş iş yerinin 12-si dövlət, 250-si özəl sektora aid olan işlər olmuşdur.  Tədbir zamanı 42 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmiş, 36 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınmış, 697 nəfərin şəxsi məlumatları (CV) qəbul edilmişdir.

    Tədbirin acılışında Dövlət Məşğulluq Xidmətinin rəsi Anar Bədəlbəyli iştirak edib. A.Bədəlbəyli «Karyerada ilk addım» devizi altında keçirilən bu aktiv məşğulluq tədbirlərində əsas məqsədin tələbə və məzunların əmək bazarına inteqrasiyasının dəstəklənməsi, onlar yiyələndikləri ixtisaslara əmək bazarında olan tələbat barədə məlumatlandırılması, işəgötürənlərlə onların arasında ilkin ünsiyyətin yaradılması olduğunu bildirib.