Fəaliyyətimiz

19.11.2015

Məşğulluq Xidmətinin əməkdaşları üçün treninqlərə start verilmişdir.

İşaxtaran və işsiz vətəndaşların məşğulluğunun təmin olunması, aktiv məşğulluq tədbirlərinə cəlb olunması, psixoloji adaptasiyası, eləcə də onların qəbulu prosesinin müasir tələblərə uyğun şəkildə təşkili sahəsində şəhər (rayon) Məşğulluq Mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi və Məşğulluq Xidməti orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin müvafiq əmri ilə tədbirlər planı təsdiq olunmuşdur.

Tədbirlər planına uyğun olaraq işini itirmiş vətəndaşların potensialının, fərdi bacarıqlarının, perspektiv təlim ehtiyaclarının  qiymətləndirilməsi, peşə-psixoloji portretinin müəyyən olunması, psixoloji adaptasiyası sahəsində Məşğulluq Xidməti orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə peşəkar psixoloqlar cəlb olunmaqla Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə Məşğulluq Mərkəzlərinin direktorları və mütəxəssisləri üçün treninqlərə start verilmişdir. Təsdiq olunmuş tədbirlər planına əsasən Məşğulluq Mərkəzlərinin direktorları və mütəxəssisləri üçün ayrı-ayrılıqda 5 məşğələkeçirilməsi nəzərdə tutulmuşdur. Növbəti ildən bu tədbirlərin respublikanın bütün şəhər və rayon Məşğulluq Mərkəzlərində təşkil olunması nəzərdə tutulmuşdur.