Fəaliyyətimiz

19.11.2015

Qəbələ və Oğuz rayonlarında sosial tərəfdaşlarla birgə dəyirmi masalar təşkil olunub. ( Video )

 17 noyabr 2015-ci il tarixində “Azərbaycan Respublikasında müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə olan problemlərin həlli və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi” mövzusunda Qəbələ və Oğuz rayonlarında dəyirmi masalar təşkil edilmişdir.

Sosial tərəfdaşların iştirakı ilə keçirilən tədbirdə rayonun əmək ehtiyyatlarından səmərəli istifadə məqsədi ilə keçirilən məşğulluq tədbirləri barədə ətraflı məlumat verilmiş, məşğulluq sahəsində qanunvericiliyinin təkmilləşdirilməsi, ölkədə əmək bazarının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılmasının sürətləndirilməsi və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi mövzuları ətrafında  geniş fikir mubadiləsi aparılmış, bu sahədə mövcud problemlərin və onların aradan qaldırılması yolları geniş müzakirə olunmuşdur.