Fəaliyyətimiz

19.11.2015

Göygöl rayon Məşğulluq Mərkəzi tərəfindən dəyirmi masa təşkil olunmuşdur. ( Video )

 

Göygöl rayon Məşğulluq Mərkəzi tərəfindən 17.11.2015-ci il tarixdə  “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masada Göygöl rayon İcra Hakimiyyətinin və Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin nümayəndələri, eləcə də rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.

Tədbirdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota yerlərinin müəyyən olunması və onların işlə təmin edilməsi, işəgötürənlərin üzərinə düşən vəzifələr, qarşılıqlı əməkdaşlıq barədə ətraflı müzakirələr aparılmış və işəgötürənlər məşğulluqla bağlı qəbul edilmiş normativ-hüquqi sənədlərlə tanış edilmişlər.