Fəaliyyətimiz

19.11.2015

18 noyabr 2015-ci il tarixində Gəncə şəhərində “Əmək Yarmarkası” təşkil edilmişdir. ( Video )

    İşaxtaran və işsiz vətandaşların, xüsusilə də gənclərin sosial müdafiəsinin gücləndirilməsi, onların münasib işlə təmin olunmaları məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti Orqanları tərəfindən bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilir.

   Belə ki, 18 noyabr 2015-ci il tarixində Gəncə şəhərində “Əmək Yarmarkası”  təşkil olunmuşdr. Tədbirdə 56 müəssisə iştirak etmişdir ki, onlardan 36-sı dövlət, 20-si qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 376 boş iş yerinin 229-u dövlət, 147-si isə özəl sektora aid olan işlər olmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 132 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.