Fəaliyyətimiz

25.11.2015

Yevlax rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşlarla dəyirmi masa təşkil olunmuşdur. ( Video )

 Yevlax rayon Məşğulluq Mərkəzi tərəfindən 22 noyabr 2015-ci il tarixdə sosial tərəfdaşlarla “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə Şirvan Kanal İstismar İdarəsi, Mədəniyyət və Turizm şöbəsi, “Azərtoxum” MMC, Gilan-Dəri MMC, Mərkəzi Xəstəxana və dirgərləri fəal iştirak etmişdir.

Tədbirin mövzusu ilə əlaqədar işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılmış və hesabatları, boş (vakant) iş yerləri haqqında məlumatalrın vaxtlı-vaxtında Mərkəzə göndərilməsi, eləcə də kvota tapşırığının yerinə yetirilməsinin vacibliyi müəssisə rəhbərlərinin nəzərinə çatdırılmışdır.