Fəaliyyətimiz

30.11.2015

27 Noyabr 2015-ci il tarixində Odlar Yurdu Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib. ( Video )

       Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə   “Karyerada ilk addım” devizi altında növbəti  aktiv məşğulluq tədbiri Odlar Yurdu  Universitetində keçirilib.

Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan bu aktiv məşğulluq tədbirləri tələbə və məzunların əmək bazarına inteqrasiyasına, onların gələcək karyeralarının qurulmasına dəstək xarakteri daşıyır. Bu tədbirlərin tələbə və məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasında, onların öz ixtisas və bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmələri üçün lazımi şəraitin yaradılmasında mühüm rol oynadığı vurğulanıb.

 Aktiv məşğulluq tədbirində 64 müəssisə iştirak etmişdir ki, onlardan 11-i dövlət, 53-ü qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 379 boş iş yerinin 51-i dövlət, 328-i özəl sektora aid olan işlər olmuşdur.  Tədbir zamanı 42 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmiş, 36 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınmış, 697 nəfərin şəxsi məlumatları (CV) qəbul edilmişdir.

   Cari ilin ötən dövründə respublikamızın 8 ali təhsil müəssisəsində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 300 nəfərə boş (vakant) iş yerlərinə göndəriş verilib, 2260 nəfər tələbə və məzun tərəfindən işəgötürənlərə özləri barədə şəxsi məlumatlar (CV) verilib.