Fəaliyyətimiz

01.12.2015

Ağcabədi rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. ( Video )

“Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda Ağcabədi rayon Məşğulluq Mərkəzi tərəfindən 26 noyabr 2015-ci il tarixdə sosial tərəfdaşlarla birgə dəyirmi masa təşkil olunmuşdur.

Tədbirdə idarə, müəssisə və təşkilatlarda iş yerlərinə kvotanın müəyyən olunması şərtləri barədə geniş məlumat verilərək kvotanın əhalinin hansı kateqoryasına aid edilməsi, işəgötürənlərin üzərinə düşən vəzifələr, qarşılıqlı əməkdaşlıq, habelə kvota yerlərinə göndərilən vətəndaşların işə qəbul edilməməsinə görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan cərimələr və digər məşğulluq tədbirləri barədə ətraflı müzakirələr aparılmış, işəgötürənlər məşğulluqla bağlı qəbul olunmuş normativ-hüquqi sənədlərlə tanış edilmişlər.