Fəaliyyətimiz

02.12.2015

Gəncə şəhərində sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. ( Video )

Gəncə şəhər Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların, sahibkarların, idarə və müəssisə rəhbərlərinin iştirakı ilə  25 noyabr  2015-ci il tarixdə  “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilmişdir.

Tədbirdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların kateqoriyası, kvota yerlərinin tətbiq edilməsi qaydaları, müəssələr tərəfindən aylıq hesabatların vaxtında təqdim edilməsi, güzəştli (kvota) iş yerlərinin müəyyən edilməsi, əlil vətəndaşların işə qəbulunda yaranan problemlər müzakirə olunmuş, bu sahədə tətbiq edilən qanunvericilik barədə tədbir iştirakçılarına geniş məlumat verilmişdir.

Bu tədbirlərin sosial tərəfdaşlıq prinsipi əsasında həyata keçirilməsinin vacibliyi vurğulanaraq, Məşğulluq Mərkəzi ilə sosial tərəfdaşlar arasında sıx əlaqə yaradılması, əmək bazarının təhlilində işəgötürənlərin tam, dolğun və məsulliyyətli iştirakını təmin edilməsi qərara alınmışdır.