Fəaliyyətimiz

02.12.2015

Ağstafa rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir. ( Video )

26 noyabr 2015-ci il tarixində “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Şəhər Həmkarlar İttifaqı komitəsi, işəgötürən müəssisə və təşkilatların nümayəndələri iştirak etmişlər. Onlar işaxtaran əlil vətəndaşların  problemlərindən danışmış və işəgötürənlərin əlil vətəndaşlara münasibətləri barədə fikir mübadiləsi aparmışlar. Eləcə də əlil vətəndaşların işlə təmin olunması baxımından qarşıda duran vəzifələr və problemlər haqqında geniş məlumat verilmiş, onlarla fərdi iş aparmaq, işaxtaran əlil vətəndaşlara xüsusi diqqət və qayğı göstərmək və onların mərkəzdə qeydiyyata alınmasının vacibliyini vurğulanmışdır. Güzəştli (kvota) iş yerlərinin müəyyən edilməsi və müəssisə, təşkilat rəhbəri ilə razılaşdırılması, əlil vətəndaşların işə qəbulunda yaranan problemlər tədbir iştirakçılarının nəzərinə çatdırmışdır, bu sahədə mövcud çətinliklərin aradan qaldırılması haqqında geniş fikir mübadiləsi aparılmışdır.