Fəaliyyətimiz

01.12.2015

Laçın rayonunda sosial tərəfdaşların iştirakı ilə dəyirmi masa təşkil edilmişdir ( Video )

         Laçın rayon Məşğulluq Mərkəzi tərəfindən sosial tərəfdaşların, həmkərlar ittifaqı təşkilatlarının və informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə 30 noyabr 2015-ci il tarixdə  “Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kvota tətbiq edilməsi qaydaları barədə işəgötürənlərin məlumatlandırılması və qeyd olunan əhali kateqoriyasının məşğulluğunun təmin edilməsi sahəsində işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa təşkil edilmişdir.

         Tədbirdə bu mövzu ətraflı müzakirə olunmuş və bu barədə geniş arayış təqdim olunmuşdur. Eləcə də əlil vətəndaşların işlə təmin olunması baxımından qarşıda duran vəzifələr və problemlər haqqında geniş məlumat verilmiş, onlarla fərdi iş aparmaq, işaxtaran əlil vətəndaşlara xüsusi diqqət və qayğı göstərmək və onların mərkəzdə qeydiyyata alınmasının vacibliyini vurğulanmışdır. Gənclərin, xüsusilə sosial müdafiəyə daha çox ehtiyacı olanların sosial problemlərinin həlli yolları araşdırılaraq, bu sahədə işəgötürənlərlə Məşğulluq Mərkəzinin daha aktiv məşğulluq tədbirlərinin həyata keçirilməsinin vacibliyi qeyd olunmuşdur.