Fəaliyyətimiz

03.12.2015

Neftçala rayonunda dəyirmi masa təşkil olunmuşdur. ( Video )

İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunmasında sosial tərəfdaşların  xüsusi  önəm təşkil  etdiyini nəzərə alaraq  Neftçala rayon Məşğulluq Mərkəzi tərəfindən 1 dekabr 2015-ci il tarixdə “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının (2011-2015-ci illər) həyata keçirilməsində sosial tərəfdaşların rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirə RİH-in nümayəndəsi, əlaqələndirmə komitəsinin üzvləri, həmkərlar təşkilatları, idarə və  müəssisə rəhbərləri dəvət edilmişlər. Tədbir iştirakçılarına rayonun əmək ehtiyatlarından səmərəli istifadə məqsədi ilə keçirilən məşğulluq tədbirləri barədə ətraflı məlumat verilmış, 2011-2015-ci illərdə Məşğulluq Strategiyasının məqsəd və vəzifələri müzakirə olunmuşdur. Tədbirin keçirilməsində əsas məqsədin müasir mərhələdə dövlət məşğulluq siyasətinin gücləndirilməsi, bu sahədə olan problemlərin həlli  və əhalinin səmərəli məşğulluğunun təmin edilməsi olduğu bildirilmişdir.

Mövzu aktual olduğu üçün geniş müzakirələrə səbəb olmuş, vaxtaşırı belə tədbirlərin keçirilməsinin vacibliyi vurğulanmışdır.