Fəaliyyətimiz

07.12.2015

Sosial tərəfdaşların iştirakı ilə Astara rayonunda dəyirmi masa təşkil edilmişdir. ( Video )

Sosial tərəfdaşların iştirakı ilə Astara rayonunda dəyirmi masa təşkil edilmişdir.

 

    İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsinin təmin olunmasında sosial tərəfdaşların  xüsusi  önəm təşkil  etdiyini nəzərə alaraq  Astara rayon  Məşğulluq Mərkəzi tərəfindən 04 dekabr 2015-ci il tarixində “Sosial tərəfdaşların məşğulluq xidmətində rolu” mövzusunda RİH-nin və idarə, müəssisə, təşkilatların nümayəndələrinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

     Tədbir iştirakçılarına rayonun əmək ehtiyatlarından səmərəli istifadə məqsədi ilə keçirilən məşğulluq tədbirləri barədə ətraflı məlumat verilmiş, Məşğulluq siyasətinin həyata keçirilməsində işəgötürənlərin hüquq və vəzifələri və normativ-hüquqi aktlar barədə geniş məlumat verilmişdir. Bildirildi ki, tədbirin keçirilməsində məqsəd əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, əmək bazarının tələbi ilə işçi qüvvəsi ilə əlaqələrin genişləndirilməsidir.