Fəaliyyətimiz

14.12.2015

11 dekabr 2015-ci il tarixində Xəzər Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib. ( Video )

       Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə   “Karyerada ilk addım” devizi altında növbəti  aktiv məşğulluq tədbiri Xəzər  Universitetində keçirilib.

Dövlət Məşğulluq Xidməti tərəfindən təşkil olunan bu aktiv məşğulluq tədbirləri tələbə və məzunların əmək bazarına inteqrasiyasına, onların gələcək karyeralarının qurulmasına dəstək xarakteri daşıyır. Bu tədbirlərin tələbə və məzunlarla işəgötürənlər arasında ilkin əlaqələrin qurulmasında, onların öz ixtisas və bacarıq səviyyələrini işəgötürənlərə təqdim etmələri üçün lazımi şəraitin yaradılmasında mühüm rol oynadığı vurğulanıb.

 Aktiv məşğulluq tədbirində 52 müəssisə iştirak etmişdir ki, onlardan 7-si dövlət, 45-i qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 345 boş iş yerinin 45-i dövlət, 300-ü özəl sektora aid olan işlər olmuşdur.  Tədbir zamanı 32 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmiş, 26 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınmış, 429 nəfərin şəxsi məlumatları (CV) qəbul edilmişdir.

   Cari ilin ötən dövründə respublikamızın10 ali təhsil müəssisəsində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 370 nəfərə boş (vakant) iş yerlərinə göndəriş verilib, 3443 nəfər tələbə və məzun tərəfindən işəgötürənlərə özləri barədə şəxsi məlumatlar (CV) verilib.