Fəaliyyətimiz

15.12.2015

“Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 4.7-ci bəndinə əsasən gənclər, valideyn himayəsindən məhrum olan xüsusi internat məktəblərini bitirmiş şəxslər üçün peşəyönümü və karyeranın inkişafı tədbirləri keçirilir

Cari ilin dekabr ayının 7-dən başlayaraq dövlət uşaq müəssisələrinin sakinləri, eləcə də internat məktəblərində təhsil alan valideyn himayəsindən məhrum olmuş yeniyetmələrə gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədilə “Valideyn himayəsindən məhrum olmuş uşaqların əmək bazarına çıxışının asanlaşdırılması və psixoloji adaptasiyası” mövzusunda peşəyönümü tədbirlərinin keçirilməsinə start verilmişdir. Tədbirlərin keçirilməsində məqsəd yeniyetmələrə gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi, onların əmək bazarında tələbat olan peşə və ixtisaslar, vakansiyalar haqqında məlumatlandırılması, eləcə də peşə, məşğulluq forması, özünüifadə yollarını sərbəst seçmələrinə köməklik göstərilməsidir. Peşəyönümü məsləhətlərindən sonra gənclərin müvafiq peşə və ixtisaslar üzrə peşə hazırlığı kurslarına cəlb olunmasına köməklik göstəriləcəkdir.