Fəaliyyətimiz

16.12.2015

Peşəyönümü işinin düzgün təşkili əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin formalaşdırılmasında, məşğulluq məsələlərinin həllində mühüm rol oynayır ( Video )

Peşəyönümü işinin gənc nəslin gələcək taleyində, onların  məşğulluğunun təmin olunmasında  mühüm əhəmiyyət  kəsb etdiyini nəzərə alaraq orta ümumtəhsil məktəblərində şagirdlərin peşə maraqlarının və peşə meyllərinin müəyyənləşdirilməsi, onlara gələcək peşə və ixtisas seçimində köməklik göstərilməsi məqsədi ilə 2015-ci ilin dekabrın 1-də Ağdaş, 2-də Ağcabədi, 3-də Beyləqan, 9-da Qəbələ rayon, 14-də Şabranda və 15-də Siyəzəndə Məşğulluq Mərkəzləri tərəfindən adları çəkilən rayonlarda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin, pedaqoji kadrların İcra Hakimiyyətlərinin və Təhsil İdarələrinin rəhbərliyinin, işəgötürənlərin iştirakı ilə “Gənclərin səmərəli məşğulluğunun təmin olunmasında peşəyönümü işinin əhəmiyyəti” mövzusunda peşəyönümü tədbirləri keçirilmişdir. 

Konfranslarda Məşğulluq Mərkəzlərinin mütəxəssisləri tərəfindən gələcək məzunlara peşə seçimi, peşə məsləhəti və peşə diaqnostikası haqqında ətraflı məlumat verilmişdir.