Fəaliyyətimiz

24.12.2015

23 dekabr 2015-ci il tarixində Slavyan Universitetində “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbiri keçirilib. ( Video )

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidməti Orqanları tərəfindən tələbə və məzunların əmək bazarına inteqrasiyası məqsədilə “Karyerada ilk addım” devizi altında növbəti  aktiv məşğulluq tədbiri Slavyan  Universitetində keçirilib.

Aktiv məşğulluq tədbirində 62 müəssisə iştirak etmişdir ki, onlardan 9-u dövlət, 53-ü qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 382 boş iş yerinin 45-i dövlət, 337-si özəl sektora aid olan işlər olmuşdur. Tədbir zamanı 25 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmiş, 26 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaq üçün qeydiyyata alınmış, 338 nəfərin şəxsi məlumatları (CV) qəbul edilmişdir.

Cari ilin ötən dövründə respublikamızın 11 ali təhsil müəssisəsində «Karyerada ilk addım» devizi altında aktiv məşğulluq tədbirləri keçirilib. Bu tədbirlərdə 395 nəfərə boş (vakant) iş yerlərinə 467  nəfərə müxtəlif işlərə göndəriş verilmişdir ki, onlardan da 115 nəfəri münasib işlə təmin olunmuşdur.