Fəaliyyətimiz

08.04.2016

Qəbələ rayonunda “Yuxarı sinif şagirdlərinin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir

Qəbələ rayon Məşğulluq Mərkəzi tərəfindən 07 aprel 2016-cı il tarixdə  Şirvan Bulqədirov adına Qəbələ şəhər 5 saylı tam orta məktəbin konfrans zalında həmin məktəbin yuxarı sinif şagirdlərinin, onların valideynlərinin və pedaqoji heyyətin iştirakı ilə gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, onların düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunun əhəmiyyətini nəzərə alaraq valideynlərə övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi məqsədilə, məktəblilərin peşə meyil və maraqlarının müəyyənləşdirilməsi, onlara gələcəkdə peşə və ixtisas seçimində  köməklik göstərmək məqsədi ilə peşəyönümü tədbiri keçirilmişdir.

Tədbirdə valideynlərə və yuxarı sininf şagirdlərinə hazırkı əmək bazarındakı mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbatı haqqında ətraflı məlumat verilmiş, düzgün peşə seçiminin vacibliyi, iş imkanlarının obyektiv qiymətləndirilməsi və bu imkanlardan səmərəli istifadə etməyin əhəmiyyəti barədə müzakirələr aparılmışdır.

Peşəyönümü tədbiri mərkəzi və yerli televiziya kanallarında, eləcə də digər kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.