Fəaliyyətimiz

02.06.2017

Suraxanı rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə dəyirmi masa keçirilmişdir. ( Video )

Suraxanı rayon Məşğulluq Mərkəzi tərəfindən 02 iyun 2017-ci il tarixdə “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzusunda dəyirmi masa keçirilmişdir.

Dəyirmi masanı giriş sozü ilə rayon Məşğulluq Mərkəzinin direktoru açaraq tədbir iştirakçılarını salamlamış və Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ildönümünə həsr olunmuş iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən tapşırığa müvafiq olaraq məşğulluq sahəsində dövlət şirkətləri ilə birgə fəaliyyət həyata keçirilməsi nəticəsində, sosial məsuliyyətin bölgüsü çərçivəsində Dövlət Məşğulluq Xidməti orqanlarının göndərişləri əsasında işaxtaranların dövlət müəssisə və təşkilatları tərəfindən boş iş yerlərində yerləşdirilməsi barəsində məlumat vermişdir.

Bir neçə dövlət müəssisələri bu tapşırığın icrasında aktiv iştirak etmiş və qısa müddət ərzində Suraxanı  rayon Məşğulluq Mərkəzinin göndərişləri əsasında vətəndaşlar  münasib işlə təmin edilmişlər.

Məşğulluq sahəsində sosial məsuliyyətin bölgüsü çərçivəsində dövlət şirkətləri ilə birgə fəaliyyətin davam etdirilməsi barədə müvafiq tapşırıqlar verilmişdir. Tapşırığın icrasını təmin etmək məqsədilə rəhbərlik etdiyiniz təşkilatda mövcud olan peşə və ixtisaslar üzrə boş (vakant) iş yerləri barədə məlumatların qısa müddət ərzində rayon Məşğulluq Mərkəzinə təqdim edilməsi zərurəti qeyd edilmişdir.

Eyni zamanda, tapşırığın icrasını təmin etmək məqsədilə aidiyyəti qurumlar tərəfindən Məşğulluq Mərkəzlərinin göndərişləri əsasında cari ildə işə götürülmüş və əmək müqaviləsinə hazırkı günə kimi xitam verilməmiş işçilərlə bağlanılmış əmək müqavilələrinin müddəti 2018-ci ilin 1 yanvar tarixinədək uzadılmalı və bununla bağlı müvafiq dəyişikliklər elektron informasiya sisteminə daxil edilməsi müəssisə rəhbərlərinin nəzərinə çadırılmışdır.