Fəaliyyətimiz

12.06.2017

Qaradağ rayon Məşğulluq Mərkəzi tərəfindən “Düzgün peşə seçək” mövzusunda tədbir kecirildi.

  Qaradağ rayon Məşğulluq Mərkəzi 07 iyun 2017-ci il tarixində, rayon ərazisində yerləşən orta məktəblərdə “Düzgün peşə seçək” mövzusunda tədbir kecirmişdir. Tədbirdə rayon Məşğulluq Mərkəzinin   mütəxəssisləri iştirak edərək, gənclərə müəyyət məsləhətlər vermişlər. Onlar gənclərin  qarşısında duran  vacib amillerden biri olan düzgün peşə və ixtisas secimləri, bu işdə daha məsuliyyətli, dəqiq olmalarını  tövsiyyə edərək şagirdlərin fikrini dinləmiş və məsləhət vermişlər.

Bundan əlavə rayonun iqtisadi durumu, fəaliyyət göstərən idarə və müəssisələrdə nəzərdə tutulmuş vakant iş yerləri, bu iş yerlərinə peşəkar kadr hazırlığı haqqında şagirdlər məlumatlandırılmışdır . 

        Bundan sonra məkrəz tərəfindən təşkil edilmış peşə kursları  haqqında geniş məlumat verilərək açılması nəzərdə tutulmuş  peşələr haqqında  danışıldı. Məktəblilərə “Peşəyönümü ” ilə bağlı tərtib edilmiş  əyani vəsaitlər,bukletlər təqdim edilərək müəyyən məlumatlar verildi.