Fəaliyyətimiz

27.07.2017

25 və 27 iyul 2017-ci il tarixlərdə Lənkəran və Sabirabad rayon Məşğulluq Mərkəzlərində zona müşavirəsi keçirilmişdir.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Məşğulluq Xidmətinin  yerli orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması və  kadr potensialının təkmilləşdirilməsi məqsədilə  təsdiq olunmuş iş planına uyğun olaraq 25.07.2017-ci il tarixdə Lənkəran şəhərində Salyan, Neftçala, Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lerik, Astara, 27.07.2017-ci il tarixdə isə Sabirabad şəhərində Hacıqabul, Saatlı, İmişli, Beyləqan, Cəbrayıl rayon, Şirvan şəhər  Məşğulluq Mərkəzlərinin direktorlarının  iştirakı ilə  seminar keçirilmişdir. Seminarda Dövlət Məşğulluq Xidmətində təşkil olunmuş işçi qrupunun üzvləri tərəfindən yerli orqanların əməkdaşlarının  peşəkarlıq səviyyəsinin artırılması, “Dövlət qulluğu”, “Məşğulluq haqqında” qanunlar, eləcə də digər aidiyyəti normativ hüquqi-aktlara dair müvafiq suallar paketi təqdim olunmuş və onların bilik və bacarıqlarının təkmiləşdirilməsi məqsədilə Mərkəz direktorlarına əməli metodiki tövsiyələr verilmişdir.