Fəaliyyətimiz

28.07.2017

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının təkmilləşdirilməsi məqsədi ilə növbəti zona müşavirəsi keçirilmişdir.

 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin  13 iyul 2017-ci il tarixli 07/1ü-15 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının təkmilləşdirilməsi ilə əlaqədar Tədbirlər Planı”nının Məşğulluq Xidməti orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün keçiriləcək zona müşavirələrinin qrafikinə uyğun olaraq 27.07.2017-ci il tarixdə Oğuz rayonunda Dövlət Məşğulluq Xidmətinin əməkdaşlarının, eləcə də Zaqatala, Balakən, Qax, Oğuz, Şəki Qəbələ rayon Məşğulluq Mərkəzlərinin direktorlarının iştirakı ilə müşavirə keçirilmişdir. 

Müşavirədə  qeyd olunmuşdur ki, məşğulluq istənilən cəmiyyətdə rifah amilinin əsas şərtləndirici faktoru kimi çıxış edir. Əmək bazarının tənzimlənməsinin vacib məsələlərindən biri də daim dəyişən əmək bazarının rəqabətə davamlı işçi qüvvəsi ilə təmin edilməsi, işçi qüvvəsinin iqtisadi inkişaf prosesinə uyğun təkmilləşdirilməsi, keyfiyyətinin, məhsuldarlıq səviyyəsinin yüksəldilməsidir.

Çıxışlarda Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm komponentlərindən biri də məhz əmək ehtiyatlarından dolğun şəkildə istifadəyə yönələn aktiv məşğulluq siyasətinin həyata keçirilməsi olduğu vurğulanaraq hazırkı mərhələdə müasir çağırışlar fonunda Məşğulluq Xidməti orqanlarının, onun əməkdaşlarının qarşısında duran vəzifələr barədə, eləcə də Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı fikir mübadiləsi aparılmışdır.