Fəaliyyətimiz

31.07.2017

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının təkmilləşdirilməsi məqsədi ilə növbəti zona müşavirəsi keçirilmişdir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin  13 iyul 2017-ci il tarixli 07/1ü-15 nömrəli əmri ilə təsdiq edilmiş “Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının təkmilləşdirilməsi ilə əlaqədar Tədbirlər Planı”nının Məşğulluq Xidməti orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması üçün keçiriləcək zona müşavirələrinin qrafikinə uyğun olaraq 29.07.2017-ci il tarixdə Mingəçevir şəhərində Dövlət Məşğulluq Xidmətinin əməkdaşlarının, eləcə də Tərtər, Bərdə, Ağdam, Yevlax, Ucar, Kürdəmir, Ağdaş rayonlarının və Mingəçevir şəhər Məşğulluq Mərkəzlərinin direktorlarının iştirakı ilə müşavirə keçirilmişdir.

Müşavirədə  qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm komponentlərindən biri də əmək ehtiyatlarından dolğun şəkildə istifadəyə yönələn aktiv məşğulluq siyasətinin həyata keçirilməsidir. Bununla əlaqədar hazırkı mərhələdə müasir çağırışlar fonunda Məşğulluq Xidməti orqanlarının, onun əməkdaşlarının qarşısında duran vəzifələr barədə, eləcə də Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Seminarda Dövlət Məşğulluq Xidmətində təşkil olunmuş işçi qrupun üzvləri tərəfindən yerli orqanların əməkdaşlarının  peşəkarlıq səviyyəsinin artırılması, “Dövlət qulluğu”, “Məşğulluq haqqında” qanunlar, eləcə də digər aidiyyəti normativ hüquqi-aktlara dair müvafiq suallar paketi təqdim olunmuş və onların bilik və bacarıqlarının təkmiləşdirilməsi məqsədilə Mərkəz direktorlarına əməli metodiki tövsiyələr verilmişdir.