Fəaliyyətimiz

27.07.2017

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının təkmilləşdirilməsi məqsədi ilə növbəti zona müşavirəsi keçirilmişdir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət  Məşğulluq Xidmətinin  yerli orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması və  kadr potensialının təkmilləşdirilməsi məqsədilə  təsdiq olunmuş iş planına uyğun olaraq 25.07.2017-ci il tarixdə Gəncə şəhərində  Gəncə-Kəpəz, Gəncə-Nizami, Göygöl, Samux, Goranboy, Kəlbəcər, Naftalan, Xocalı, 27.07.2017-ci il tarixdə isə Şəmkir rayonunda Gədəbəy, Tovuz, Qazax,  Ağstafa, Şəmkir, Daşkəsən rayon  Məşğulluq Mərkəzlərinin direktorlarının  iştirakı ilə  seminar keçirilmişdir. Seminarda Dövlət Məşğulluq Xidmətində təşkil olunmuş işçi qrupunun üzvləri tərəfindən yerli orqanların əməkdaşlarının  peşəkarlıq səviyyəsinin artırılması, “Dövlət qulluğu”, “Məşğulluq haqqında” qanunlar, eləcə də digər aidiyyəti normativ hüquqi-aktlara dair müvafiq suallar paketi təqdim olunmuş və onların bilik və bacarıqlarının təkmiləşdirilməsi məqsədilə Mərkəz direktorlarına əməli metodiki tövsiyələr verilmişdir.