Fəaliyyətimiz

02.08.2017

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının təkmilləşdirilməsi məqsədi ilə növbəti zona müşavirəsi keçirilmişdir.

   Dövlət Məşğulluq Xidmətinin rəisi cənab Anar  Bədəlbəylinin 13.07.2017 ci il tarixli 07/1ü-15 saylı əmrinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının təkmilləşdirilməsi ilə əlaqədar 01.08.2017-ci il tarixdə Qusar rayon Gənclər evində Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarının Məşğulluq Mərkəzlərinin direktorlarının iştirakı ilə zona müşavirəsi keçirilmişdir. Zona müşavirəsində təsdiq olunmuş tədbirlər planı müzakirə olunmuş və tərtib olunmuş suallar direktorlara təqdim olunmuşdur.

Müşavirədə  qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mühüm komponentlərindən biri də əmək ehtiyatlarından dolğun şəkildə istifadəyə yönələn aktiv məşğulluq siyasətinin həyata keçirilməsidir. Bununla əlaqədar hazırkı mərhələdə müasir çağırışlar fonunda Məşğulluq Xidməti orqanlarının, onun əməkdaşlarının qarşısında duran vəzifələr barədə, eləcə də Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı fikir mübadiləsi aparılmışdır.