Fəaliyyətimiz

26.09.2017

21-22 sentyabr 2017-ci il tarixlərində Zaqatala və Balakən rayonlarında “Əmək Yarmarkası” təşkil edilmişdir.

21 sentyabr  2017-ci il tarixində Zaqatala  rayonunda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti Orqanları tərəfindən “Əmək Yarmarkası” keçirilmişdir.

Tədbirində 17 müəssisə iştirak etmişdir ki, onlardan 5-i dövlət, 12-si qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 347 boş iş yerinin 80-i dövlət, 34-ı isə özəl sektora aid olan işlər olmuşdur. Tədbir zamanı 113 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.

22 sentyabr  2017-ci il tarixində isə Balakən  rayonunda “Əmək Yarmarkası” keçirilib. Tədbirində 18 müəssisə iştirak etmişdir ki, onlardan 16-ı dövlət, 12-i qeyri dövlət müəssisələri olmuşdur. Təqdim olunmuş 175 boş iş yerinin 48-i dövlət, 127-si isə özəl sektora aid olan işlər olmuşdur. Əmək Yarmarkasında iştirak etmiş işaxtaran və işsiz 73 nəfərə işlə təmin olunmaları üçün göndəriş verilmişdir.