Fəaliyyətimiz

27.09.2017

Samux rayonunda növbəti Əmək Yarmarkası keçirilmişdir.

Samux rayon Məşğulluq Mərkəzi məlumat üçün bildirir ki,  27 sentyabr  2017-ci il tarixdə işsiz və işaxtaran vətəndaşların aktiv məşğulluğunu təmin etmək məqsədi ilə Samux şəhər Məşğulluq Mərkəzində rayon rəhbərliyinin, idarə, müəssisə və təşkilatlarının  köməyi ilə “Əmək Yarmarkası -2017”  keçirilmişdir.

“Əmək Yarmarkası” nın keçirilməsinə dair geniş reklam informasiya işi təşkil edilmiş, rayonun mərkəzinə, qəsəbə və kənd yerlərinə elanlar vurulmuş, işsiz və işaxtaran vətəndaşlar arasında geniş təbliğat işləri aparılmışdır.

“Əmək Yarmarkası”nın keçirilməsi ilə bağlı 21  idarə, müəsissə , təşkilat fiziki şəxsdən 178 boş iş yerləri çıxarılmışdır. İş yerləri təqdim edən müəssisələrdən 13 dövlət, 7 qeyri-dövlət müəssisələri, 1 fiziki şəxslər olmuşdur. Yarmarkaya dövlət müəssisələri tərəfindən  106, qeyri-dövlət müəssisələri tərəfindən 42, fiziki şəxslər tərəfindən isə 30 boş iş yeri çıxarılmışdır. Toplanmış iş yerində minimum əmək haqqı 121,00 manat, maksimum əmək haqqı isə 418,00 mant təşkil etmişdir.

Yarmarkada  250 nəfər vətəndaş iştirak etmiş, 41 nəfər vətəndaşa münasib iş yerlərinə  göndərişlər verilmişdir.

Yarmarkada rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdirması şöbəsinin müdir müavini  A.Ağayev , Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Əmək bazarının təhlili və statistika şöbəsinin  Statistika sektorunun müdiri Elçin Səlimov, rayon ictimayyəti və rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə rəhbərləri, sahibkarlar iştirak etmişdir.

Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi öz çıxışında tədbirin keçirilməsinə yaxından köməklik göstərdiyi üçün rayon İcra Hakimiyyəti Başçısına və rayon ictimayyətinə öz minnətdarlığını bildirdi.