Fəaliyyətimiz

29.09.2017

Tovuz rayonunda növbəti Əmək Yarmarkası keçirilmişdir ( Video )

28  sentyabr 2017-cu  il tarixdə Tovuz rayonunda  Tovuz rayon Icra Hakimiyyəti Başçısının  15 sentyabr 2017-cü il tarixli  95  saylı sərəncamı ilə növbəti “Əmək Yarmarkası” keçirilmişdir.

“Əmək Yarmarkası” nın keçirilməsi ilə əlaqədar Məşğulluq Mərkəzi tərəfindən rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlara müvafiq məktublar paylanmış, işaxtaran və işsiz vətəndaşların iştirakını təmin etmək və əhalini məlumatlandırmaq məqsədi ilə yerli “ Tovuz” qəzetində   şəhər ərazisində və müxtəlif yerlərdə yarmarkanın yeri və tarixi  göstərilməklə  elanlar  verilmişdir.

“Əmək Yarmarkası” rayonun Şahmat məktəbinin inzibati  binasında  təşkil edilmişdir. “Əmək Yarmarkası”nda 260 nəfər iştirak etmiş, yarmarkaya 13 dövlət, 4 qeyri dövlət,  14  fiziki şəxs olmaqla  31  idarə və müəssisədən  263  boş iş yeri çıxarılmışdır ki, bunlardan  249  qulluqçu,  77 fəhlə, 37  boş iş yeri  isə xidmət kateqoriyasından olan boş iş yerləri olmuşdur.  Yarmarkada 71 nəfərə (o cümlədən 62 nəfərə özəl sektora) işə göndəriş vərəqəsi verilmişdir.

Yarmarkanın gedişi   İctimai TV  tərəfindən işıqlandırılmış və  bütün   məlumatlar  “ Azərtac”a  verilmişdir.

/p>