Fəaliyyətimiz

02.10.2017

Yardımlı və Lənkəran rayonlarında “Əmək Yarmarkaları” təşkil olunmuşdur. ( Video )

Yardımlı və Lənkəran rayon Məşğulluq Mərkəzlərinin təşkilatçılığı ilə 28-29 sentyabr 2017-ci il tarixində aktiv məşğulluq tədbirlərindən biri olan “Əmək Yarmarkaları” keçirilmişdir. “Əmək Yarmarkaları”nda işaxtaran və işsiz vətəndaşlar, eləcə də rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, rayon İcra Hakimiyyətinin və Dövlət Məşğulluq Xidmətinin məsul şəxsləri iştirak etmişlər.

Yardımlı rayonunda “Əmək Yarmarkası” Yeni Azərbaycan Partiyasının inzibati binasında təşkil olunmuşdur. Tədbirdə 16 idarə və müəssisə 255 boş iş yerləri təqdim etmişdir. Boş iş yerlərindən 21-i fəhlə, 234-ü isə qulluqçu peşələrinə aiddir. “Əmək Yarmarkası”nda iştirak edən işaxtaran və işsiz vəəndaşlardan 70 nəfərinə işlə təmin olunmaq məqsədi ilə göndərişlər verilmişdir.  “Əmək Yarmarkası”nın təşkili və gedişatı ilə bağlı yerli “Zirvə” qəzetində məlumlar dərc olunmuşdur.

Lənkəran Dövlət Universitetində Lənkəran rayonu üzrə keçirilən “Əmək Yarmarkası”nda 22 idarə və müəssisə 353 boş iş yerləri ilə iştirak etmişdir. Tədbirdə 14 dövlət, 5 qeyri-dövlət və 3 xarici şirkətlərinin nümayəndələri boş iş yerləri ilə çıxış edərək işaxtaran və işsiz vətəndaşlara mövcud vakansiyalar haqqında məlumat verilmiş və uyğun namizədlər barədə şəxsi məlumatlarını toplamışlar. “Əmək Yarmarkası” zamanı 127 nəfərə göndəriş verilmişdir. “Əmək Yarmarkası”nın keçirilməsi barədə “AZTV” televiziya kanalında  reportaj təqdim olunmuşdur.

Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi öz çıxışında tədbirin keçirilməsinə yaxından köməklik göstərdiyi üçün rayon İcra Hakimiyyəti Başçısına və rayon ictimayyətinə öz minnətdarlığını bildirdi.