Fəaliyyətimiz

06.10.2017

Qazax rayonunda növbəti “Əmək Yarmarkası” keçirilmişdir.

 5 sentyabr 2017-ci il tarixdə Qazax rayonunda  növbəti “Əmək Yarmarkası” keçirilmişdir.

Əmək yarmarkasına rayon ərazisində fəaliyyət göstərən 28 idarə və müəssisədən 392 boş iş yeri çıxarılıb. Təşkilatlardan 16-ı dövlət, 11-i qeyri-dövlət, 1-i isə fiziki şəxsdir. 16 dövlət təşkilatı əmək yarmarkasına 284, 11 qeyri-dövlət təşkilatı 88, 1 fiziki şəxs isə 20 boş iş yeri təqdim edib. 

Mərkəzi xəstəxana, Müalicə Diaqnostika Mərkəzi, Konserv zavodu, Gigiyena və Epidemiologiya Mərkəzi, Bakı Dövlət Universitetinin Qazax filialı, Su-kanal idarəsi, “Azərxalça” ASC-nin Qazax filialı, Qazax Magistral Qaz Kəmərləri sahəsi, Kommunal Müəssisələr Kombinatı və başqa idarə və təşkilatlar əmək yarmarkasında iştirak edib.

Əmək yarmarkasına çıxarılan boş iş yerlərinin əməkhaqqısının minimum həddi 121.00 manat, maksimum həddi isə 500.00 manat olub. İşə düzəlmək üçün yarmarkaya 200 nəfər müraciət edib ki, onların da 27 nəfərinə işə göndəriş verilib. 17 nəfər isə peşə hazırlığı kursuna cəlb edilib. 

Həmçinin mərkəzdə qalan digər boş iş yerləri mərkəzə müraciət edən işaxtaran vətəndaşlara təklif ediləcəkdir.

/p>