Fəaliyyətimiz

08.11.2017

Qaradağ rayonunun 106 və 139 nömrəli orta ümumtəhsil məktəblərində peşəyönümü tədbirləri keçirilmişdir.

8 noyabr 2017-ci il tarixində Qaradağ rayonunun 106 və 139 saylı tam orta məktəblərində yuxarı sinif şagirdərinin və onların valideyinlərinin iştirakı ilə peşəyönümü tədbiri keçirilmişdir. Tədbirdə Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi, Qaradağ rayon Məşğulluq Mərkəzinin əməkdaşları, məktəblərin direktor və müəllim heyəti, o cümlədən ”Təhsilin İnnovativ İnkaşafı” Mərkəzinin təlimçisi Aygül Məmmədova iştirak etmişdir.

Tədbirdə gənclərə və onların valideynlərinə düzgün peşə seçimi ilə bağlı zəruri tövsiyələr verilmiş, əmək bazarının vəziyyəti haqqında ətraflı məlumat verilmişdir. Fikir mübadiləsi zamanı yuxarı sinif şagirdlərini və onların valideynlərini maraqlandıran suallara ətraflı cavab verilmişdir.