Fəaliyyətimiz

10.11.2017

“Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.

 Müasir dövrdə vətəndaşların maraq və meyllərinə, qabiliyyətlərinə, bacarıqlarına uyğun işəgötürənlərin kadr  ehtiyacını nəzərə alaraq düzgün peşə seçmələri son dərəcə  mühüm əhəmiyyət kəsb edir. Düşünülmüş şəkildə fərdi yanaşma hər bir vətəndaşın  bacarığına, marağına və qabiliyyətinə uyğun peşə seçməsinə imkan yaradır. Bu vacib işin müvəffəqiyyətlə həyata keçirilməsi üçün peşəyönümü tədbirlərinin düzgün təşkili  və aparılması xüsusi əhəmiyyətə malikdir.

Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilin noyabr ayının 10-da Nəsimi rayonunun 5 və 211 nömrəli tam orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinin və onların valideynlərinin iştirakı ilə “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda peşəyönümü tədbiri keçirilmişdir.   

Tədbirlərdə Dövlət Məşğulluq Xidmətinin əməkdaşı, “Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin psixoloqu, eləcə də Nəsimi rayon Məşğulluq Mərkəzinin mütəxəssisləri,məktəbin pedaqoji kollektivi, valideynlər iştirak etmişlər.

Tədbirdə ölkəmizin əmək bazarında baş verən proseslər, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə gənclər, onların  valideynləri ətraflı məlumatlandırıblar. Məşğulluq  Xidmətlərinin fəaliyyət istiqamətləri, peşə hazırlığı və əlavə təhsil kursları, digər aktiv məşğulluq tədbirləri haqqında iştirakçılara geniş məlumatlar verilmişdir.