Fəaliyyətimiz

10.11.2017

Xətai rayonu 27 və 138 saylı məktəblərində Peşəyönümü tədbirləri keçirilmişdir.

10 noyabr 2017-ci il tarixində Xətai rayonu  27 və 138 saylı tam orta məktəblərində  “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə  Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi, “Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin psixoloqu, Məşğulluq Mərkəzinin direktoru, mərkəzin mütəxəssisləri, valideynlər, müəllimlər və yuxari sinif şagirdləri iştirak etmişdir.

Tədbirdə yuxarı sinif şagirdlərinə və onların valideynlərinə peşəyönümü ilə bağlı zəruri məlumatlar verilmiş, onları maraqlandıran suallara ətraflı cavab verilmişdir.