Fəaliyyətimiz

13.11.2017

Sumqayıt şəhərinin 29 və 39 nömrəli orta ümumtəhsil məktəblərində yuxarı sinif şagirdlərinə və onların valideynlərinə peşəyönümü məsləhəti verilmişdir.

 13 noyabr 2017-ci il tarixində Sumqayıt şəhərində fəaliyyət göstərən 29 və 39 nömrəli orta ümumtəhsil məktəblərində “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda növbəti peşəyönümü tədbirləri keçirilmişdir. Tədbirlərdə məktəblərin müəllim və psixoloq heyəti ilə yanaşı yuxarı sinif şagirdləri və onların valideynləri, Dövlət Məşğulluq Xidmətinin nümayəndəsi Rəşad Əsgərli, Sumqayıt şəhər Məşğulluq Mərkəzinin mütəxəssisləri, “Təhsilin İnnovativ İnkişafı Mərkəzi”nin təlimçisi Aygül Məmmədova iştirak etmişdir.

Tədbir zamanı yuxarı sinif şagirdlərinə mövcud peşə və ixtisaslar, eləcə də peşə seçiminin əsas şərtləri haqqında məlumat verilərək onlara əmək bazarını ciddi təhlil etdikdən sonra öz bacarıqlarına uyğun istədikləri peşəyə yiyələnmək məsləhət görülmüşdür. Valideynlərə isə uşaqların potensialını nəzərə almaqla əmək bazarının tələblərinə uyğun olan peşəyə sahib çıxmaqda övladlarına dəstək olmağı tövsiyə olunmuşdur.