Yerli orqanlarmız

02.04.2008

Şabran rayon Məşğulluq Mərkəzi

Ünvan:
T.Abbasov küçəsi, 209  
Telefon: (+994 023 35) 3-27-35; 3-31-46
Fax:  
E-mail: shabran@ses.gov.az
İş rejimi: I-V günlər saat 9:00-18:00-dək. Fasilə: 13:00–14:00-dək
Direktor: Ədilova Rəna Ramazan qızı



Məşğulluq xidməti orqanları tərəfindən göstərilən xidmətlər

  • Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik.
  • Əmək bazarında olan tələb və təklif haqqında məlumat.
  • Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili.
  • İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.
  • Haqqı ödənilən ictimai işlərin təşkili.
  • Əmək yarmarkalarının təşkili.
  • İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.
  • Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.

 

_____________________________________________________________________________________________

 

Rayon haqqında qısa məlumat


Ərazisi – 1088 kv. km
Əhalisi – 51,7 min nəfər
Yaranma tarixi - 1930-cu il

İqtisadi-coğrafi məlumat: Quba-Xaçmaz iqtisadi zonasına daxildir. Kənd təsərrrüfatı rayonudur. Rayonda 1 şəhər, 68 kənd vardır ki, bu yaşayış məntəqələri 12 ərazi nümayəndəliyi və 35 bələdiyyə vasitəsi ilə idarə olunur.
01.07.2009-cu il tarixə rayon ərazisində fəaliyyət göstərən 114 müəssisə və təşkilat Məşğulluq Mərkəzində qeydiyyatda olmuşdur.
Rayonda 5 turizm obyekti, Fərzəliyev adına 110 saylı texniki-peşə məktəbi fəaliyyət göstərir.



_____________________________________________________________________________________________

 

Şabran rayon Məşğulluq Mərkəzinin 2009-cu il üzrə Ərazi Məşğulluq Proqramı ilə əlaqədar gördüyü işlər barədə arayış


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 may 2007-ci il tarixli, 2167 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)” regional əmək bazarının inkişafına, yeni iş yerlərinin açılmasına, əhalinin səmərəli məşğulluğunun təmin edilməsinə, əmək bazarında işçi qüvvəsinin keyfiyyətinin gücləndirilməsinə xidmət edən mühüm bir sənəddir. Bu sənədin rayonumuzda yüksək səviyyədə reallaşması üçün biz də bütün imkanlardan maksimum istifadə edirik.
Şabran rayon İcra Hakimiyyəti Başçısının 06 noyabr 2008-ci il tarixli 221 saylı sərəncamı ilə 2009-cu il üçün Dəvəçi rayonu üzrə Ərazi Məşğulluq Proqramı təsdiq olunmuşdur.
2009-cu il üçün Ərazi Məşğulluq proqramına uyğun olaraq Şabran rayon Məşğulluq Mərkəzi tərəfindən bir sıra işlər görürülmüşdür.
Belə ki, Şabran rayon Məşğulluq Mərkəzinə 2009-cu il ərzində 298 nəfər işaxtaran və işsiz vətəndaş müraciət etmişdir ki, onlardan da 109 nəfəri qadınlar olmuşdur. Mərkəzə müraciət edən işaxtaran və işsiz vətəndaşlardan 170 nəfəri mərkəzin göndərişinə əsasən işə düzəldilmişdir ki,onlardan da 77 nəfəri qadınlar olmuşdur. Mərkəzə müraciət edən işaxtaran və işsiz vətəndaşlardan 2009-cu il ərzində 10 nəfərinə işsiz statusu verilib, mərkəz tərəfindən 9078.46 manat məbləğində müavinət ödənilmişdir.
Şabran rayon İcra Hakimiyyəti Başçısının 06 noyabr 2008-ci il tarixli 220 saylı sərəncamına əsasən Şabran rayonunun idarə, müəssisə və təşkilatları üzrə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kateqoriyalar üzrə iş yerlərinə 31 nəfərlik kvota tərtib olunmuşdur. Bunlardan da 15 nəfəri əlillər üçün nəzərdə tutulan iş yerləridir. 2009-cu il ərzində Dəvəçi rayonu ərazisində fəaliyyət göstərən 11 idarə, müəssisə və təşkilatlardan boş (vakant) yer göstərilməklə 148 boş iş yeri haqqında məlumat toplanmışdır ki, onlardan da 124-ü qulluqçu, 24-ü isə fəhlə yerləridir.
27 avqust 2009-cu il tarixdə Şabran şəhərində keçirilmiş “Əmək Yarmarkası”nda 250 nəfər işaxtaran və işsiz vətəndaş iştirak etmişdir. Şabran rayonu ərazisində fəaliyyət göstərən 14 idarə müəssisə və təşkilatlardan boş (vakant) iş yeri göstərilməklə 184 boş iş yeri haqqında məlumat toplanmışdır ki, onlardan da 158-i qulluqçu, 26-ı fəhlə yerləri olmuşdur. ”Əmək Yarmarkası”nda iştirak edən işsiz və işaxtaran vətəndaşlardan 50 nəfəri işə düzəldilımişdir ki, onlardan da 45 nəfəri fəhlə, 5 nəfəri isə qulluqçu vəzifəsinə təyin olunmuşdur.
Şabran rayon İcra Hakimiyyəti Başçısının 02 noyabr 2009-cu il tarixli 173 saylı sərəncsmı ilə 2010-cu il üçün Şabran rayonu üzrə Ərazi Məşğulluq Proqramı təsdiq olunmuşdur.
2010-cu il üçün Ərazi Məşğulluq proqramına uyğun olaraq Şabran rayon Məşğulluq Mərkəzi tərəfindən bir sıra işlər görürüləcəkdir/.
Şabran rayon İcra Hakimiyyəti Başçısının 02 noyabr 2009-cu il tarixli 171 saylı sərəncamına əsasən Şabran rayonunun idarə, müəssisə və təşkilatları üzrə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar üçün kateqoriyalar üzrə iş yerlərinə 32 nəfərlik kvota tərtib olunmuşdur ki, onlardan da 16 nəfəri əlillər üçün nəzərdə tutulmuşdur.
2010-cu ildə Şabran rayon Məşğulluq Mərkəzinə 350 nəfər işaxtaran və işsiz vətəndaşın qeydiyyata alınması göstərilir ki, onlardan da 260 nəfərinin mərkəzin göndərişinə əsasən işlə təmin olunması, 40 nəfərinin peşə hazırlığı kurslarına cəlb edilməsi, 30 nəfərə işsiz statusu verilməsi, 20 nəfərin ictimai işlərə cəlb olunması, 1500 nəfəri isə müxtəlif səbəblərdən qeydiyyatdan çıxarılması göstərilir. Mərkəzə müraciət edən işaxtaran və işsiz vətəndaşlardan 2010-cu il ərzində 30 nəfərinə işsiz statusu verilməklə, mərkəz tərəfindən 18500.00 manat məbləğində müavinət ödəniləcəyi proqnozlaşdırılır.
2010-cu ildə Şabran şəhərində keçiriləcək “Əmək Yarmarkası”nda 300 nəfər işaxtaran və işsiz vətəndaşın iştirak edəcəyi gözlənilir ki, onlardan 55 nəfərinin işlə təmin olunması göstərilir.


_____________________________________________________________________________________________