Yerli orqanlarmız

02.04.2008

Yardımlı rayon Məşğulluq Mərkəzi

Ünvan:
H.Əliyev prospekti, 73  
Telefon: (+994 025 20) 6-11-35, 6-28-86, 6-12-55
Fax:  
E-mail: yardimli@ses.gov.az
İş rejimi: I-V günlər saat 9:00-18:00-dək. Fasilə: 13:00–14:00-dək
Direktor: Qəhrəmanov Fikrət Ataş oğlu



Məşğulluq xidməti orqanları tərəfindən göstərilən xidmətlər

  • Vətəndaşlara münasib iş yerlərinin axtarılmasında, işəgötürənlərə lazımi kadrların seçilməsində köməklik.
  • Əmək bazarında olan tələb və təklif haqqında məlumat.
  • Gənclərin peşə seçiminə köməklik məqsədilə peşəyönümünün təşkili.
  • İşsiz və işaxtaran vətəndaşların peşə hazırlığı, yenidən hazırlığı və ixtisaslarının artırılması.
  • Haqqı ödənilən ictimai işlərin təşkili.
  • Əmək yarmarkalarının təşkili.
  • İşsiz statusunun verilməsi, işsizlik müavinətinin təyin olunması və ödənilməsi.
  • Əmək birjaları vasitəsilə vətəndaşların müvəqqəti məşğulluğunun təşkili.

 

_____________________________________________________________________________________________

 

Rayon haqqında qısa məlumat


Ərazisi – 667 kv. km
Əhalisi – 58,1 min nəfər
Yaranma tarixi - 08 avqust 1930-cu il
Rayon Respublikanın cənubunda yerləşir və Lənkəran iqtisadi zonasına daxildir. Rayonda 1 şəhər və 90 kənd vardır ki, bu yaşayış məntəqələri 30 ərazi nümayəndəliyi və 62 bələdiyyə vasitəsi ilə idarə olunur.
01.07.2009-cu il tarixə rayon ərazisində fəaliyyət göstərən 153 müəssisə və təşkilat Məşğulluq Mərkəzində qeydiyyatda olmuşdur.
Rayonda 3 turizm obyekti, təhsil müəssisələrindən: 84, onlardan: 1 peşə məktəbi, 3 məktəbə qədər (uşaq bağçası), 16 ibtidai məktəb, 22 əsas məktəb, 42 orta məktəb fəaliyyət göstərir.



_____________________________________________________________________________________________

 

Yardımlı rayon Məşğulluq Mərkəzi tərəfindən 2009-cu il ərzində görülmüş işlər haqqında arayış


2009-cu il ərzində əhalinin səmərəli məşğulluğunu gücləndirilməsi sahəsində Mərkəz tərəfindən müəyyən işlər görülmüş, bir sıra aktiv məşğulluq tədbirləri həyata keçirilmişdir Belə ki, 2009-cu il üçün Ərazi Məşğulluq Proqramı işlənib hazırlanmış, yeri İcra Hakimiyyəti Orqanı tərəfindən təsdiq olunmuşdur.
2009-cu il ərzində Mərkəzə 256 nəfər vətəndaş müraciət etmişdir. Müraciət etmiş işaxtaran vətəndaşlardan 180 nəfəri mərkəzin tövsiyyəsi əsasında, o cümlədən 76 nəfəri daimi, 104 nəfəri isə mövsümü və müvəqqəti işlə təmin olunmuşlar. Bu da müraciət edənlərin 71 %-i təşkil edir. İşə düzələnlərdən 35 nəfəri qadınlardır. İşə düzələnlərin 62 nəfəri 29 yaşadək gənclər təşkil edir. 2009-cu il ərzində 9 nəfər vətəndaşa qanunamüvafiq qaydada işsiz statusu verilmiş, 10 nəfər vətəndaşa işsizlik müavinəti təyin olunmuşdur. Təyin olunan müavinətlərdən 5 nəfəri orta aylıq əmək haqqı ilə, 5 nəfəri isə minimum məbləğdə təyin edilmişdir.
Boş (vakant) iş yerləri haqqında məlumatların tam, vaxtında və dolğun toplanması, bu məlumatların reallığının təmin olunması üçün Mərkəz tərəfindən işəgötürənlərlə işlər qarşılıqlı anlaşma şəraitində qurulmuşdur. DSMF-nın Yardımlı rayon şöbəsinin təqdim etdiyi siyahıya əsasən fəaliyyətdə olan 148 idarə, müəssisə və təşkilatdan müvafiq məlumat və hesabatlar təqdim etməyən müəssisə və təşkilatlar barədə tədbirlər görülmüş, belə ki, 78 idarə, müəssisə və təşkilata bildirişlər verilmişdir. Buna baxmayaraq rayon ərazisində fəaliyyət göstərən bələdiyyələr və kiçik müəssisələr müvafiq aylıq hesabatları Mərkəzə təqdim etmirlər. Bu da əhalinin məşğuluğunun təmin edilməsində müəyyən çətinliklər yaradır. İlin sonuna müəssisələr tərəfindən mərkəzə təqdim olunmuş boş (vakant) iş yerləri haqqında hesabatlarda orta aylıq əmək haqqı 127 manat təşkil etmişdir.
Rayonda əmək bazarının real tələbləri nəzərə alınmaqla işaxtaran və işsiz vətəndaşların peşə hazırlığı və ixtisaslarının artırılması, gənclərin peşə maraqlarının və peşə meyillərinin öyrənilməsi, onlara peşə və ixtisas seçimində köməklik göstərilməsi Mərkəzin diqqətində olmuşdur. Belə ki, Mərkəzin mütəxəssisləri tərəfindən orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin peşə meyillərinin öyrənilməsi, istedad və qabilliyyətlərinin aşkara çıxarılması və onlara əmək bazarının tələblərinə uyğun olaraq peşə seçməkdə köməklik göstərilməsi üçün rayon Təhsil şöbəsi ilə müvafiq işlər görülmüş, rayonun 10 orta məktəbində 587 nəfər şagird peşəyönümü məsləhətinə cəlb olunmuşdur.
Məşğulluq xidmətinin fəaliyyətinin prioritet istiqamətlərindən və aktiv Məşğulluq tədbirlərindən biri də «Əmək yarmarkalarının» təşkili və keçirilməsidir. Buna müvafiq olaraq 24 iyun 2009-cu il tarixdə rayonda «Əmək Yarmarkası» keçirilmişdir. Bu yarmarkaya 13 idarə, müəssisə və təşkilatlardan 264 boş iş yeri çıxarılmışdır. İş yeri təqdim etmiş müəssisələrdən 12-i dövlət, 1-i qeyri dövlət olmuşdur. Yarmarkada 51 nəfər iş axtaran vətəndaşa iş yerlərinə göndəriş verilmiş, onlardan 23 nəfəri 29 yaşadək gənclərdir.
Ərazi Məşğulluq proqramına uyğun olaraq Yardımlı rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 9 idarə və müəssisədə 2009-cu il üçün Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin olunması ücün «Kvota üzrə» 13 yer nəzərdə tutulmuşdur. 2009-cu il ərzində 5 nəfər, o cümlədən 3 nəfər 20 yaşadək gənc, 1 nəfər şəhid ailəsi, 1 nəfər isə Qarabağ əlili kvota üzrə işə düzəlmişdir. 2009-cu il ərzində rayonda bir sıra sosial obyektlərdə təmir tikinti işləri və Meşə Mühafizəsi və Bərpası Müəssisəsində mövsümü işlər aparılmışdır. Bunların nəticəsində 104 nəfərə yaxın vətəndaş mövsümü işlərə cəlb olunmuşlar.
Hesabat dövründə mərkəzdə işsiz statusu olan vətəndaşlardan 91 nəfəri müxtəlif səbəblərdən qeydiyyatdan çıxarılmış, onlardan 7 nəfəri işlə təmin olunmuşdur.Hesabat dövrünün sonuna mərkəzdə işsiz statusu olanların sayı 376 nəfərdir. Onlardan 151 nəfəri qadınlardır.
Hesabat dövründə 16 nəfər işaxtaran vətəndaş Mərkəzin nəzdində təşkil olunmuş 2 (iki) aylıq «Sahibkarlığın əsasları» peşə kursuna cəlb edilmiş və hazırda peşə kursu başa çatmışdır. Kursa cəlb olunanlardan 7 nəfəri 29 yaşadək gənclərdir.
Əhalinin məşğulluğu sahəsində sosial müdafəsini həyata keçirtmək üçün qanuna müvafiq olaraq yeri İcra Hakimiyyti orqanları ilə birgə 2010-cu il üçün Ərazi Məşğulluq Proqramı hazırlanmışdır. Proqramda iqtisadiyyatın bütün sahələrinin perespektiv inkişafı nəzərə alınmaqla əhalinin məşğulluğunun təmin olunmasının əsas istiqamətləri öz əksini tapmışdır.


_____________________________________________________________________________________________